Aparıcı müxalifət partiyalarının sədrləri Ai nümayəndəsi ilə görüzdülər
Bu gün Avropa İttifaqının Bakıdakı ofisində Avropa İttifaqının Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə icraçı direktoru, cənab Miroslav Layçak və Aİ-nin məsul nümayəndəsi cənab Con Kayerlə ölkənin aparıcı müxalifət partiyalarının sədrləri ilə görüşüb.
Görüşdə iştirak edən AMİP sədri Yusif Bağırzadənin verdiyi məlumata görə, Aİ-nin səlahiyyətli şəxsləri ilə ölkədəki ictimai-siyasi proseslər, fundamental azadlıqların vəziyyəti, siyasi institutların fəaliyyəti, eləcə də, demokratik dəyişikliklərlə bağlı məsələlər müzakirə olunub.
Müxalifət partiyalarının rəhbərləri Azərbaycandakı mövcud durumdan narahatlıqlarını Avropalı qonaqların diqqətinə çatdıraraq beynəlxalq ictimayyətin yaranmış problemlərin aradan qaldırılması istiqamətində səylərinin genişləndirilməsinin vacibliyini bildiriblər.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, cənab Con Kayer Azərbaycanla Avropa İttifaqı arasında assosiativ saziş üzrə danışıqlara başçılıq edir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51