ATƏT-in Minsk qrupunun həmsədrləri sabah Bakıda Azərbaycan rəsmiləri ilə görüşəcəklər. Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, habelə Azərbaycan, Ermənistan, Rusiya xarici işlər nazirləri və prezidentlərinin görüşünə hazırlıq məsələləri müzakirə olunacaq. Həmsədrlər Bakıdan İrəvana yollanacaqlar. Onların Xankəndinə də səfərləri planlaşdırılır.