ABŞ Konqresinin ?Azərbaycan üzrə İşçi Qrupu?na yeni üzv qoşulub. Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, Respublikaçılar Partiyasının üzvü, Konqresmen Adam Kinzinqer ABŞ Nümayəndələr Palatasının ?Azərbaycan üzrə İşçi Qrupu?na qoşulub. 2010-cu ildə Konqresə seçilmiş A.Kinzinqer İllinoy ştatını təmsil edir. Enerji və Ticarət komitələrinin üzvüdür. Konqresmen 2011-ci ilin aprel ayında Azərbaycanda səfərdə olaraq, respublikamızın uğurlu inkişafı və müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərlə yaxından tanış olub. Bununla, ?Azərbaycan üzrə İşçi Qrup?un üzvlərinin sayı 40-a çatıb.