Bu gün Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbədənkənar toplantısı keçirilib. MIA-nın məlumatına görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib. Toplantıda 2011-ci il iyunun 5-də KXCP Ali Məclisi sessiyasının gündəlik layihəsi müzakirə olunub. Ali Məclisin gündəliyinə - KXCP-nin II Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin məlumatı və Qurultayın gündəliyinin layihəsinin təqdim olunması qərara alınıb. Toplantıda 53 rayonda KXCP I I Qurultayına hazırlıq üzrə konfransların keçirilməsi haqda məlumatlar dinlənilib.