Bu gün AMİP-in müvəqqəti qərargahında AMİP sədri Yusif Bağırzadə və Baş Katib Arzuxan Əlizadə ilə Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli arasında görüş keçirilib. Görüşdə ölkədəki mövcud ictimai-siyasi vəziyyət, dünyada və regionda baş verən siyasi prosseslər, Dağlıq Qarabağ problemi müzakirə edilib. Eyni zamanda Azərbaycanda iqtidar-müxalifət münasibətləri və böhrandan çıxış yolu ətrafında fikir mübadiləsi aparılıb. Hər iki partiya sədrləri müxalifətdaxili inteqrasiyanın sürətlənməsi üçün səylərin artırılmasını, partiyalar arasında əməkdaşlığın genişləndirilməsini məqsədəmüvafiq hesab ediblər və belə görüşlərin mütamadi keçirilməsini vacib sayıblar.