Uzaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiz xeyriyyə konserti keçirilib
Heydər Əliyev Sarayının təşəbbüsü və təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş xeyriyyə konserti keçirilib.
Sarayın mətbuat xidmətindən verilən məlumata görə, konsert proqramından əvvəl səhnədə quraşdırılmış LED ekranlarda uşaqlar üçün cizgi filmləri nümayiş etdirilib. ?Çiçəyim? uşaq teatrının iştirakı ilə ?Qoğalın sərgüzəştləri? adlı musiqili ? tamaşa nümayiş olunub. Xeyriyyə konsertinə Heydər Əliyev Sarayı tərəfindən Beynəlxalq Əlillər Dünyası İctimai Birliyi, ?Himayə? Uşaq İctimai Birliyi, Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi, UAFA təşkilatı, ?Dirçəliş? gənclərin sosial-psixioloji reabilitasiya mərkəzi və Maştağa qəsəbəsində yerləşən 1 saylı İnternat evindən olan kimsəsiz, əlil, fiziki qüsurlu, valideyn himayəsindən məhrum olmuş uşaqlar dəvət olunub.
Tədbir uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47