Türkiyə Livandakı BMT qüvvələrini qınayıb
Türkiyə Livanda BMT Müvəqqəti Xidmət Qüvvələrinə (UNİFİL) bağlı İtaliya birliyinə məxsus bir avtomobilə edilən hücumu qınayıb. Xarici İşlər Nazirliyindən verilən məlumatda Livanda yaşanan acı təcrübələrdən sonra 2006-cı ildə Türkiyənin də iştirakıyla qurulan xidmət qüvvələrinin bu günə qədər vəzifəsini böyük bir fədakarlıq və müvəffəqiyyətlə yerinə yetirdiyi bildirilib.
Açıqlamada Livan və ətrafında sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasında da bu qüvvələrin önəmli rol oynadığı vurğulanıb. "UNİFİL ilə birlikdə Livanın sabitliyini də hədəfə alan bu xain hücum heç bir şəkildə qəbul edilə bilməz" sözlərinə yer verilən açıqlamada Türkiyənin bu qüvvələrə qatılan digər beynəlxalq partnyorları ilə birlikdə Livanda sabitlik və sülhün qoruması üçün əlindən gələni edəcəyi qeyd olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50