Mədən Sənayesində Şəffaflıq Koalisiyası Şurasının növbəti iclası keçirilib. İclasda Çoxtərəfli Qrupun sonuncu iclasının nəticələri müzakirə olunub. ÇQ-də Koalisiyanı təmsil edən Şura üzvləri iclasda müzakirə olunmuş məsələlərlə bağlı ətraflı məlumat veriblər. ÇQ təmsilçiləri şirkətlərin MSŞT prosesindəki fəaliyyətindən giley ifadə edib, onların ÇQ-dəki davranışına etirazlarını bildiriblər. MSŞT-yə qoşulmuş şirkətlərin Memorandum şərtlərini yerinə yetirməsilə bağlı məsələnin müzakirəsi zamanı Şura üzvləri qeyd ediblər ki, şirkətlər təşəbbüsün prinsiplərini yerinə yetirmir, üzərlərinə götürdükləri öhdəliklərdən boyun qaçırırlar. ?Şirkətlər MSŞT-yə qoşulmaqla işlərini bitmiş hesab edirlər. Biz bundan sonra onlara süni imic düzəltməyə, imitasiya ilə məşğul olmağa imkan verməyəcəyik? deyə, müzakirələrdə qeyd olunub. Şirkətlərə mümkün təsir imkanlarının araşdırılmasının zəruriliyini vurğulayan Şura üzvləri belə vasitələrdən biri kimi beynəlxalq mətbuatda tənqiedici materialların yer almasının təşkilini önə çəkiblər. Qeyd olunub ki, bu məsələ ilə bağlı fəaliyyət istiqamətləri növbəti ilin də strategiyasına əlavə olunmalıdır. Müzakirələrin nəticəsində təklif olunub ki, şirkətlərin fəaliyyətini araşdıracaq İşçi Qrup yaradılsın. Şura üzvləri qrupun 7 nəfərdən ibarət heyətini də müəyəynləşdiriblər: