Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının müvəqqəti qərargahında partiyanın sədri Yusif Bağırzadə ilə KXCP sədri Mirmahmud Mirəlioğlu arasında görüş keçirilib. Görüşdə hər iki partiya arasında əməkdaşlığın imkanları, müxalifətarası inteqrasiya, ideoloji yaxınlaşma, ölkədəki mövcud durum, dünyada və regionda baş verən hadisələr geniş müzakirə olunub. Tərəflər partiyalar arasında əlaqələrin daha da genişləndirilməsi və qeyri-iqtidar düşərgəsindəki pərakəndəliyin aradan qaldırılması istiqamətində fəaliyyətlərin gücləndirilməsinin vacibliyi qənaətinə gəliblər.