Tbilisidə müxalifətin aksiyası dağıdılıb
Gürcüstan paytaxtında müxalifətin keçirdiyi mitinq dağıdılıb. Saat 24:00 radələrində xüsusi təyinatlı polislər aksiyanı dağıtmağa başlayıblar. Bu zaman rezin güllələrdən, gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə olunub:
?Qara maskalılar heç nəyə baxmırdılar, kim gəldi vururdular. Təxminən 10-15 dəqiqə sonra meydan tamamilə boşaldıldı. Bu zaman jurnalistlərin çəkiliş aparılmasına da imkan verilmədi?. Xəsarət alan və ya saxlananlar barədə dəqiq məlumat verilmir.
Ancaq Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 1 polis əməkdaşı ölüb. Onun müxalifət liderlərindən birinin maşının altında qaldığı bildirilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50