Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. İclasda ?Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında? qanuna dəyişikliklər layihəsi müzakirə edilib. Palamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, layihəyə əsasən, Dövlət Sosial Müdafiə Fondununun 2011-ci il büdcəsinə 195 mln. manat həcmində vəsaitin əlavə olunması nəzərdə tutulur. Komitə üzvləri layihənin Milli Məclisin plenar iclasına tövsiyə olunması barədə qərar qəbul ediblər.