?Parabank? yeni kredit məhsulunu təqdim edib
Azərbaycanın ?Parabank? ASC müştərilərə daha rahat əldə edilə bilən məhsul və xidmətlər təklif etmək məqsədilə növbəti universal məhsulu olan ?Peşəkar? kredit məhsulunu təqdim edib. Bankın baş ofisindən verilən məlumata görə, ?Peşəkar? kredit məhsulu əsasən iri və orta kommersiya təşkilatlarının işçiləri, təhsil (uşaq yaradıcılıq mərkəzləri, litseylər, kolleclər və s.), tibb və digər dövlət idarələrinin işçiləri üçün nəzərdə tutulub. Kreditin müddəti 12 aydan 36 ayadək, məbləği 500 manatdan (avro, dollar) başlayaraq, illik 28% dərəcəsi ilə verilir.
Qeyd edək ki, kreditləşmə zaminlik əsasında aparılır.
Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan ?Parabank? ASC 1991-ci ildən fəaliyyət göstərir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19