ictimai Palata mitinq qərarı verdi
Bu gün Müsavat Partiyasının qərargahında İctimai Palatanın Koordinasiya Şurasının toplantısı keçirilib. Dörd saat davam edən iclasa KŞ üzvü Mehriban Vəzir sədrlik edib. İclasda əsasən mitinq məsələsi, 28 may respublika gününə və İctimai Palatanın 27 may sessiyasına hazırlıq məsələləri müzakirə olunub.
Qərar verildi ki, ya iyun ayının 12, ya da 19-da İctimai Palatanın mitinqinin keçirilsin. Bu iki tarixdən hansının üzərində dayanılması və qərar verilməsi isə İctimai Palatanın mayın 27-də keçiriləcək sessiyasında məlum olunacaq. Çünki məsələ sessiyanın gündəliyinə çıxarılacaq və müzakirələrdən sonra qərar veriləcək. Mitinq bu iki tarixdən birində keçiriləcək.
İP-in 27 may saat 15-də keçiriləcək sessiyasının gündəliyi də iclasda müzakirə edilib. Həmçinin 28 mayda Novxanıda Məmməd Əmin Rəsulzadənin abidəsi önündə bayram tədbiri keçirilməsi ilə bağlı müzakirə aparılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51