Sabiq deputat Səttar Səfərov vəfat edib
Azərbaycan Milli Məclisinin (MM) keçmiş deputatı Səttar Səfərov 74 yaşında dünyasını dəyişib. Səfərov Səttar 1937-ci il iyulun 18-də Qərbi Azərbaycanda (indiki Ermənistan) Vedi rayonunun Şirazi Kəndində anadan olmuşdur. 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb.
1955-ci ildə Ağdaş və Bərdə rayonlarında fəhlə işləyib. 1964-cü ildə Yevlax və Bakı şəhərlərində müəllim, 1966-cı ildən Azərbaycan Neft və Kimya İnstitutunun siyasi iqtisad kafedrasında müəllim, 1967-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda aspirant olub.
1985-ci ildən iqtisad elmləri doktoru, 1986-cı ildən isə professordur. 1971-ci ildən Moskva Kooperativ İnstitutunun bakı filialında baş müəllim, dosent, kafedra müdiri, 1989-cu ildən direktor müavini, direktor, 1995-ci ildən Azərbaycan Kooperasiya İnstitutunun rektor vəzifəsində işləyib.
8 kitabın və 170 elmi məqalənin müəllifidir. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. Dövlət İdarəçilik Akademiyasının professoru olub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51