iyunun 6 "Nabukko" ilə bağlı saziz imzalanacaq
"Artıq həm Azərbaycan, həm də ?Şahdəniz-2? konsorsiumu ilə razılaşma əldə etməyin zamanı gəlib". Bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib. O, ?Nabukko? konsorsiumu ilə əldə ediləcək Layihəyə Dəstək Razılaşmasının iyunun 6-da altı ölkənin iştirakı ilə Kayseridə imzalanmasının planlaşdırıldığını bildirib.
"?Nabukko? kimi böyük layihələrin reallaşması zaman-zaman bəzi çətinliklərlə üzləşir. Bu, onun həyata keçirilməyəcəyi mənasını vermir". Hökumətlərarası razılaşmanın imzalandığını deyən Taner Yıldız qeyd edib ki, bu mərhələ çox əhəmiyyətli idi.
Nazir kəmərin ?mavi yanacaq?la təminatında hər hansı bir mənbə probleminin yaranacağı təqdirdə İran, İraq və Türkmənistan kimi qaz ehtiyatları olan bütün ölkələrlə danışıqlar aparılaraq seçim ediləcəyini vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19