Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 23-28 may tarixlərində İndoneziya Respblikasına işgüzar səfər edəcək. Xarici İşlər Nazirliyindən MİA-yaə verilən məlumata görə, səfər çərçivəsində nazirin ?Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransı və Yubiley görüşü?nün açılış mərasimində iştirakı, Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına üzv olması münasibəti ilə çıxışı, tədbirin qapanma sessiyasında çıxışı və bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşləri nəzərdə tutulub.