Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında növbəti görüş iyunun 25-də Rusiyanın Kazan şəhərində baş tutacaq. ?İnterfax? agentliyinin verdiyi xəbərə görə, bu barədə diplomatik mənbə məlumat yayıb. Məlumata görə, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrlərinin iyunda regiona səfər edəcəkləri və bundan sonra Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi gözlənilir.