?Mədəniyyət haqqında? qanuna geniş dəyişiklikləri nəzərdə tutan layihə üzərində işlər xeyli intensivləşib və onu təkmilləşdirdikdən sonra yenidən komitəmizin, sonra isə yaz sessiyasının sonlarına kimi plenar iclasın müzakirəsinə təqdim edəcəyik?. Bu barədə parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib. N. Cəfərov deyib ki, qanunla bağlı təkliflər dəyişikliklər, ya da ?Mədəniyyət haqqında? ayrıca bir qanun layihəsi şəklində təqdim oluna bilər. Onun sözlərinə görə, həmçinin, Mədəniyyət Məcəlləsinin işlənilib hazırlanması və onun parlament müzakirəsinə təqdim olunması variantı da nəzərdən keçirilir. ?Hələlik Mədəniyyət Məcəlləsinin hazırlanması variantı üzərində konkret iş getmir. Lakin gələcəkdə bu da istisna deyil?-deyə, komitə sədri qeyd edib. N.Cəfərov ?Mədəniyyət haqqında? qanunun qəbulundan 10 ildən xeyli müddət keçdiyini xatırladaraq bu sənədin yeniləşməsinin, müasir tələblərə uyğunlaşdırılmasının zəruri olduğunu vurğulayıb.