Avropa Parlamentinin (AP) prezidenti Eji Buzek Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində AP prezidenti ölkə başçısı İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov ilə görüş keçirəcək. Eji Buzek həmçinin vətəndaş cəmiyyətinin və müxalifət partiyalarının nümayəndələri ilə görüşəcək. Qeyd edək ki, AP prezidenti Azərbaycandan əvvəl Ermənistan və Gürcüstanda səfərdə olub.