Bu gün Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixal Labenda ilə görüşüb. MIA-nın məlumatına görə, görüşdə həmçinin Polşa səfirliyinin siyasi məsələlər üzrə katibi Yan Brodovski iştirak edib. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət və Azərbaycanla Polşanın ikitərəfli münasibətlərinin indiki durumu və perspektivləri müzakirə edilib.