DUi-dən sonuncu partiya da istefa verdi
Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının toplantısı keçirilib. Toplantıda Milli Qurtuluş Partiyasının (MQP) başqanı Vüqar Bəyturan partiya Siyasi Şurasının DUİ-dən çıxmaq barədə qərarını Sədrlər Şurasına təqdim edib. Müzakirələrdən sonra DUİ SŞ MQP Siyasi Şurasının qərarını təsdiqləyib.
MQP-dən verilən məlumatda isə bildirilib ki, partiya 23 sentyabr 2009-cu ildə DUİ sıralarına qəbul edilib, bir müddət əvvəl isə KXCP və Böyük Azərbaycan partiyaları DUİ-ni buraxmaq qərarına gəldikdə Azadlıq Partiyası ilə bu qurumu yaşatmaq barədə razılığa gəliblər. Sonradan isə daxildə bəzi fikir ayrılıqları, eləcə də MQP rəhbərliyində bu qurumla bağlı fərqli yanaşmalar olduğuna görə DUİ sıralarını tərk etmək barədə qərar verilib.
Qeyd edək ki, hazırda DUİ-də Azadlıq və Azad Azərbaycan partiyaları təmsil olunur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51