Ümid Partiyası İcar Aparatı ?Eurovision? mahnı müsabiqəsində Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camalın qələbə qazanmaları münasibətilə qalibləri və Azərbaycan xalqını təbrik edir. Partiya hesab edir ki, bu qələbə ölkəmizin Avropa mədəniyyətinə inteqrasiyası, turizmin inkişafı, Avropada və bütövlükdə dünyada Azərbaycanın tanıdılması istiqamətində bir addımdır. Arzu edirik ki növbəti qələbəmiz Qarabağın azad edilməsi olsun.