Prezident qiymətli kağızlar bazarı barədə Dövlət Proqramını təsdiqləyib
Prezident İlham Əliyev ?2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı? Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncam Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsini, iqtisadi subyektlərə və əhaliyə təqdim olunan maliyyə xidmətlərinin daha da genişləndirilməsini təmin etmək məqsədilə imzalanıb.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə həvalə edilib.
Sərəncamdan irəli gələn məsələləri Nazirlər Kabineti həll edəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19