Azərbaycan Liberal Partiyası (ALP) Rüstəm İbrahimbəyova qarşı təzyiqləri pisləyən bəyanat verib. MİA-ya daxil olan bəyanatda bildirib ki, Azərbaycan məmurları yeganə azərbaycanlı Oskar mükafatı laureatı yazıçı Rüstəm İbrahimbəyova hərtərəfli dəstək vermək əvəzinə hər cür maneçilik törədirlər. ALP hesab edir ki, iqtidar Lütfi Zadə, Rüstəm İbrahimbəyov kimi dünya miqyasında tanınmış ziyalılarımıza Azərbaycanın bütün dünyada xoşməramlı səfiri səlahiyyəti verməlidir.