Gürcüstanın müdafiə naziri Səfər Əbiyevlə görüzüb
Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Respublikasının müdafiə naziri Baçana Axalayanın azərbaycanlı həmkarı general-polkovnik Səfər Əbiyevlə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Şəhidlər xiyabanında şəhidlərin məzarlarını ziyarət etdikdən sonra gürcüstanlı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib.
Geniş tərkibli görüşdə müdafiə nazirləri ölkələr arasındakı hərbi əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri və bölgədə hərbi-siyasi durum barədə fikir mübadiləsi aparıblar. Sonra nazirlər arasında təkbətək görüş keçirilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50