Nizami Cəfərov: ?Eurovision 2011?də ölkəmizin təmsilçilərinin qələbəsi bütövlükdə Azərbaycan mədəniyyətinin uğurudur
??Eurovision 2011? mahnı müsabiqəsində ölkəmizin təmsilçilərinin qələbəsi bütövlükdə Azərbaycan mədəniyyətinin uğurudur?. Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.
N.Cəfərov bildirib ki, son illər ölkəmizdə mədəniyyət və incəsənət sahəsində ciddi nailiyyətlər qazanılmaqdadır. Onun sözlərinə görə, dövlətimiz bu sahələrin inkişafına xüsusi diqqət yetirir. ?Bu gün Azərbaycan digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də dünyada öz sözünü deməkdədir. ?Eurovision 2011? mahnı müsabiqəsindəki qələbəmiz çox böyük hadisədir. Bu uğur Azərbaycanın Avropada nüfuzunu xeyli artıracaq. Hesab edirəm ki, 2012-ci ildə bu nüfuzlu musiqi yarışmasının ölkəmizdə keçirilməsi də Azərbaycana dividentlər gətirəcək?- deyə komitə sədri vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47