DAK-ın Azərbaycan Nümayəndəliyi iranın Bakıdakı səfirliyi qarzısında aksiya keçirəcək
23 may 2011-ci il tarixində saat 12:00-da Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan Nümayəndəliyi 22 may hadisələrinin 5-ci ildönümü münasibətilə İran adlanan yerin Azərbaycan Respublikasındakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirəcək.
Bu piketi keçirməkdə əsas məqsəd 2006-cı il mayın 22-də Təbriz şəhərində milyonlarla Azərbaycan türkünün ?İran? adlı dövlət qəzetində təhqir edilərək hamam böcəyinə bənzədilməsinə etiraz əlaməti olaraq küçələrə çıxmasının ildönümünü qeyd etməkdir. Aksiyada DAK-ın Azərbaycan Nümayəndəliyi adından beynəlxalq təşkilatlara və İran adlanan yerin siyasi hakimiyyətinə müraciətlər təqdim ediləcək. Müraciətlərdə Azərbaycan türklərinin fars şovinist rejimi tərəfindən davamlı olaraq təhqir edilməsi, öz tarixi torpaqlarından zorla çıxarılması, təhdidlərlə ölkədən çıxarılması, qondarma ittihamlarla həbs edilməsi, milli fəalların həbsxanalarda insanlığa sığmayan işgəncələrə məruz qalması və həbs müddətləri bitmiş Azərbaycan türklərinin hələ də azadlığa buraxılmamaları və s. məsələlər öz əksini tapacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51