?Eurovision? müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal vətənə dönüblər. Onları Heydər Əliyev Beynəlxalq Hava Limanında yüzlərlə pərəstişkarları sevinc içində qarşılayıblar. Qarşılanmaya gələnlərin istifadə etdiyi maşınlar Azərbaycan bayrağına bürünüb və avtromobillərdən ?Eurovision? müsabiqısində Azəraycana birincilik qazandıran ?Running Scared? mahnısının sədaları eşidilib. Bazar günü prezident İlham Əliyev və xanımı Eldar və Nigar cütlüyünə telefon açaraq onları qələbə münasibətilə təbrik ediblər.