Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət ?Eurovision 2011? müsabiqəsində qələbəsi münasibətilə təbrik müraciəti edib. "Azərbaycanın "Eurovision 2011" mahnı müsabiqəsində birmənalı qələbəsi ilə bütün Azərbaycan xalqını, Türk dünyasını və ələlxüsus Eldarı və Nigarı səmimi qəlbdən təbrik edirəm, onlara yeni uğurlar, mənalı həyat və Azərbaycanın adını hər an uca tutmağı arzu edirəm. Millətimizə fərəh hissi və qələbə ruhunu bəxş etdiyinə görə Eldara və Nigara ayrıca dərin təşəkkürümü bildirirəm. Allah qələbələri bundan sonra da millətimiz üçün əsirgəməsin!"- deyə Lalə Şövkət bildirib.