Polis üç müsavatçı gənci həbs etdi
Bu gün saat 1800-da Müsavat Gənclər Təşkilatının bir qrup üzvü metronun ?Azadlıq? stansiyasının qarşısındakı parkda ?Siyasi məhbuslara azadlıq!? şüarını qaldırnaqla 2 aprel mitinqində qanunsuz olaraq həbs edilmiş insanların dərhal azadlığa buraxılmasını və 2 aprel mitinqi ilə bağlı qaldırılmış qondarma cinayət işinin ləğv olunmasını tələb ediblər.
Müsavat Partiyası mətbuat xidmətindən verilən məlumata görə, dinc aksiya polis tərəfindən dağıdılıb. Müsavat Gənclə Təşkilatının üzvü Əhliman Abbasov, ?Demokrat? qəzetinin müxbiri Tural Hacıbəyli və Ayxan Hacıbəyli polis tərəfindən saxlanılaraq Binəqədi polis idarəsinə aparılıb.
Müsavat Gənclər Təşkilatı bildirir ki, bu cür hallar yolverilməzdir. Eyni zamanda, Azərbayanda son dövrlər baş verən siyasi repressiyalara son qoyulmasını tələb edir, siyasi fikirlərinə görə həbs olunan insanlar dərhal azad edilməli, 2 aprel akiyası ilə bağlı qondarma cinayət işinə son qoyulsun, habelə bu gün saxlanılan gənclər dərhal azadlığa buraxılsın.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51