Bu gün Müsavat Partiyasının gənclər təşkilatının sədri Tural Abbaslıdan ifadə alınması üçün onunla görüş keçirilib. Ancaq T.Abbaslı ona ünvanlanan sualları cavablandırmaqdan imtina edib. Bu barədə məlumatı musavat.com-a T.Abbaslının vəkili Anar Qasımov verib. Onun sözlərinə görə, T.Abbaslını polis əməkdaşları ilə üzləşdirib, ona bir çox suallar veriblər: ?Suallar əsasən İctimai Palatanın fəaliyyəti ilə bağlı idi. Həmçinin Tural Abbaslının mitinqdə iştirakı ilə əlaqədar sual verildi. Ancaq o, sualları cavablandırmaqdan imtina edərək bildirdi ki, onun barəsində seçilmiş 2 aylıq həbs qəti-imkan tədbirinin 1 ayı mayın 2-də sona çatıb. Ancaq onun döyülmə faktı üzrə cinayət işi hələ də açılamayıb?. Qeyd edək ki, Səbail Rayon Məhkəməsi İctimai Palatanın aprelin 2-də keçirdiyi mitinqdə tutulan Tural Abbaslı barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilməsinə qərar verib. O, Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) günahlandırılır.