Vaqif ibrahimoğlu vəfat edib
Azərbaycanın görkəmli rejissoru, ?Yuğ? Dövlət Teatrının baş rejissoru Vaqif İbrahimoğlu mayın 12-də axşam saatlarında 62 yaşında ağır xəstəlikdən vəfat edib. V.İbrahimoğlu öz evində dünyasını dəyişib. Məlumatı ?Yuğ? Dövlət Teatrının mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov təsdiqləyib. O, bildirib ki, ilkin məlumata görə, V.İbrahimoğlu ilə vida mərasimi sabah Teatr Xadimləri İttifaqının binasında keçiriləcək.
Vaqif İbrahimoğlu Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb. 1989-cu ildən bəri ?Yuğ? teatrının rəhbəri olub. Bir neçə dövlət mükafatlarına layiq görülüb. ?Yuğ? Teatrında 1989-cu ildən bu günə qədər 90-a yaxın tamaşaya quruluş verib.
Allah rəhmət eləsin!
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47