MMP Qərbi Azərbaycanlıları ayağa qaldırır
Bu gün Müasir Müsavat Partiyasının Mərkəzi Qərargahında Qərbi Azərbaycanlıların Əlaqələndirmə Surasının və partiyanın İdarə Heyətinin birgə toplantısı keçirilib.
Toplantıda son günlər mətbuatda Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların sənədlərinin ?Qaçqınkom ??da məhv edilməsi məsələsi müzakirə edilib. Toplantı iştirakçıları həmin sənədlərin məhv edilməsini 220 min Qərbi azərbaycanlıya qarşı, həm də bütövlükdə Azərbaycan dövlətinə qarşı planli surətdə həyata keçirilmiş xəyanət kimi dəyərləndiriblər. Onlar milli maraqlara zərbə vuran bu faktın hüquq- muhafizə orqanları tərəfindən ciddi şəkildə və xüsusi komissya tərəfindən araşdırılmasəna ən yüksək instansiyalar tərəfindən göstəriş verilməsini və məsələnin ən qısa zamanda aydınlığa qovuşmasının vacibliyini qeyd ediblər. Məsələnin həllinin tezliklə aydınlığa qovuşmaması hal?hazırda Azərbaycanda yaşayan 4 milyon yarım Qərbi azərbaycanlının ayağa qalxmasına məcburiyyət yaradacağı da toplantıda qeyd edilib.
Qeyd edək ki, bu yöndə aidiyyatı orqanlar heç bir addım atmasalar Qərbi Azərbaycanlıların Əlaqələndirmə Şurası və MMP etiraz aksiyaları keçirmək haqda qərar qəbul etmək üçün yenidən bir araya gələcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51