ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel Azərbaycanda hakimiyyətlə müxalifət arasında dialoq olmasının tərəfdarı olduğunu bildirib. Cankorel vurğulayıb ki, önümüzdəki aylarda ATƏT-in Bakı Ofisi bu məsələnin baş tutmasına çalışacaq və bunun üçün bir sıra addımlar atmağı planlaşdırır. ?ATƏT-in ortaya qoyduğu mövqelərin bu və ya digər partiya və şəxslərlə əlaqələndirilməsini doğru hesab etmirəm. Bizim açıqlamalarımız, ortaya qoyduğumuz mövqe prinsiplərimizdən irəli gələn məsələdir? ? deyə, Əli Bilgə Cankorel vurğulayıb.