Mayın 6-da Təhsil Nazirliyinin qarşısında orta məktəblərdə hicabın qadağan edilməsinə qarşı aksiya keçirən dindarlara qarşı polis zorakılığı pislənir. MİA-nın xəbərinə görə Aydınlar Partiyası aksiyaçılara qarşı zorakılığı pisləyən bəyanat qəbul edib. Bəyanatda bildirilir ki, aksiya keçirmək, öz narazılıqlarını və etirazlarını ifadə etmək - vətəndaşların ölkə Konstitusiyası və Azərbaycanın qoşulduğu beynəlxalq-hüquqi sənədlərlə birmənalı təsbit edilən fundamental hüquqlarındandır. ?İnsanlar dinc, sivil yolla, şüar səsləndirməklə bu qadağaya öz etirazlarını bildirmişlər. Amma vətəndaşların hüquq və azadlıqlarının kobud surətdə pozulub, aksiyaçılara qarşı qeyri-qanuni qüvvə tətbiq edilmiş, həbslər olunmuşlar. Aydınlar Partiyası olaraq, bir daha bu problemin təcili həll olunmasına, insanların hüquq və azadlıqlarının təmin edilməsinə çağırırıq".