BAXCP Təhsil Nazirliyinin qarzısında aksiya keçirməsini qətiyyətlə pisləyib
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) bir qrup şəxsin Azərbaycanın konstitusion dövlət quruluşuna zidd olan dini şüarlarla Təhsil Nazirliyinin qarşısında aksiya keçirməsini qətiyyətlə pisləyib.
Partiyanın be barədə yaydığı bəyanatda deyilir: "Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası bir daha bəyan edir ki, Azərbaycanda din dövlətdən ayrıdır və təhsil dünyəvidir. Bu prinsiplərin Azərbaycan xalqının iradəsinə və seçiminə uyğun bir şəkildə Konstitusiyada əks olunduğunu bilə-bilə dünyəvi təhsil müəssisələrində dini atributların daşınmasına icazə verilməsi ilə bağlı aksiyaların keçirilməsi isə ölkədə sabitliyin pozulmasına, düşmən dəyirmanına su tökülməsinə xidmət edir. BAXCP hesab edir ki, Azərbaycanın müvafiq dövlət qurumları belə aksiyaları təşkil edən şəxslərin və onların arxasında dayanan qüvvələrin kimliyini dərindən araşdırılmalı, xalqımızın dünyəvi və demokratik inkişaf perspetivlərinə qarşı yönəlmiş bütün təzahürlərə qarşı sərt tədbirlər görməlidir".
Son zamanlar ayrı-ayrı xarici qüvvələrin Azərbaycanda sabitliyi pozmaqla bağlı təhdidləri nəzərə alan BAXCP siyasi qüvvələri, kütləvi informasiya vasitələrini, qeyri-hökumət təşkilatları və bütün ölkə ictimaiyyətini baş verənləri qətiyyətlə pisləməyə, Konstitusiyamızın təməl prinsiplərinə zidd davranışlara qarşı birgə mübarizəyə çağırıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51