Pakistanın Abbotabad şəhərində yüzlərlə adam küçələrə çıxaraq, "Əl-Qaidə" lideri Üsamə bin Ladenin öldürülməsini pisləyən aksiya keçirib. Camaat-e-İslami partiyasının bayraqları qaldırılıb, "Usama sağdır", "ABŞ parlamenti yandırılsın!" kimi şüarlar səsləndirilib. Camaat-e-İslami partiyasının lideri Məhəmməd İbrahim bütün ölkədən insanların Abbotabada etiraz aksiyasına axışdığını deyib. Nümayişçilər küçələrdə maşın təkərləri yandırıblar. Xatırladaq ki, "Əl-Qaidə" lideri Üsamə bin Laden məhz Abbotabad şəhərində ABŞ xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində öldürülüb.