Azərbaycanın ?Eurovision-2011? təmsilçiləri-Eldar və Nigar Düsseldorfda ?Euroklub?da Türkiyə nümayəndə heyətinin rəsmi tədbirində çıxış edib. Tədbir çərçivəsində nümayəndələrimiz Rusiya, Malta, San-Marino, Gürcüstan, Makedoniya, eləcə də gecəyə sahiblik edən Türkiyənin ?Yüksək Sadakat? qrupu ilə birlikdə olublar. Duetimiz ?Euroklub? səhnəsindən qonaqlara müsabiqədəki mahnılarını-?Running Scared? mahnısını ərməğan edib. ?Yüksək Sadakat? qrupunun tədbirindəki bu ifa təmsilçilərimizin Düsseldorfda rəsmi məşqdən əlavə ilk çıxışı olub. Eldar və Nigar burada bek-vokalçıların dəstəyi olmadan canlı ifa ediblər. ?Eurovison-2011? təmsilçilərimiz gözəl vokal imkanlarını nümayiş etdirməklə yanaşı, həm də dinləyicilərlə canlı ünsiyyət yaradaraq qonaqlar, fanatlar və jurnalislərin böyük rəğbətini qazanıblar.