Apreldə Azərbaycanda aylıq inflyasiya 0,49%, illik ? 15,45% olub
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycanın 10 regionunda 2011-ci ilin aprel ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb. İTM-dən verilən məlumata görə, aparılmış statistik müşahidələrin nəticəsi göstərirb ki, ay ərzində Azərbaycanda istehlak qiymətləri 0,49% artıb. Bu zaman Bakıda qiymətlər 0,79%, regionlarda isə 0,20% artıb.
İTM-dən bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə 15,45% bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 18,77%, regionlarda isə 12,18% artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya ərzaq məhsullarında (27%) olub. Qeyri-ərzaq məhsullarında artım 2,81%, xidmətlərdə isə 3,50% təşkil edib.
Apreldə ən çox bahalaşma ərzaq məhsulları üzrə təzə kartofda (7%), buğda ununda (4,85%), sümüklü mal ətində - doğranmış, çəkidə (1,93%), sümüklü qoyun ətində (2,47%), toyuq ətində (1,40%), toyuq yumurtasında (3,39%), yerkökündə (5,17%), almada (3,61%), yoqurtda (2,09%), qeyri-ərzaq məhsullarından dəftərdə (15,18%), qadın üçün uzunqol köynəkdə (7,73%), 3-6 yaşlı uşaqlar üçün yay üçün donda (7,27%), 3-6 yaşlı oğlan üçün köynəkdə (7,95%), bıçaqda (6,94%), xidmətlərdən zibilin daşınmasında (35,43%), texniki baxışda (23,11%) qeydə alınıb.
Ən çox ucuzlaşma isə ərzaq məhsullarından istilik xiyarında (24,33%), göyərtidə (17,37%), yer xiyarında (12,10%), qeyri-ərzaq məhsullarından kişi üçün dublyonkalarda (15,84%), uşaq mebelində (6,27%), 7-13 yaşlı oğlanlar üçün qış kostyumunda (22,91%) qeydə alınıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19