AXCP-çi gənc 2 il yarım azadlıqdan məhrum edildi
Mayın 4-də Sumqayıt şəhər Məhkəməsi Cabbar Savalanlının işi üzrə hökmünü elan edib. AXCP-çi gənc 2 il yarım azadlıqdan məhrum edilib. Hökm elan olunandan sonra gənclər məhkəmənin həyətində ?Azadlıq, Azadlıq!? deyə şüarlar səsləndiriblər.
Bir qrup mülkigeyimli şəxs jurnalistlərin işinə müdaxilə edib, AzadlıqRadiosunun müxbirinin kamerası əlindən alınıb. Məhkəmənin qarşısında polis bir neçə gənc fəalı saxlayıb. Onları Sumqayıt şəhər 3-cü polis bölməsinə aparıblar. C.Savalanlı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham edilir.
Mayın 3-də dövlət ittihamçısı hakimdən AXCP Gənclər Komitəsinin üzvünə 3 il cəza istəmişdi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51