MMP pulsuzluqdan qurultayının vaxtını uzatdı
Bu gün Müasir Müsavat Partiyasının mərkəzi qərargahında partiyanın növbədənkənar keçirəcəyi qurultayı ilə bağlı yenə toplantı keçirilib. MİA-nın xəbərinə görə topalntıda ənənəvi olaraq qurultaya hazırlıq, təşkilati məsələlərlə bağlı dinləmələr, qurultayın nizamnaməsinin yenidən işlənmiş variantı oxunub və müzakirəyə çıxarılıb.
Qeyd edək ki, kecən toplantılarda nizamnamədə və partiyanın fəaliyyət planında edilmiş dəyişikliklər narazılıqlara səbəb olmuşdu və yenidən işlənib hazırlanması üçün İşçi Qrupuna qaytarılmışdı. Müzakirələr zamanı nizamnamınin yeni variantı bu dəfə bəyənilib və qurultayın kecirilməsinə heç bir maneə qalmadiğı vurğulanıb. Daha sonra toplantı iştirakçıları qurultayın vaxtını təyin etmək üçün məsləhətləşmələr aparıblar. Əvvəlcədən aprel ayının ortalarına planlaşdırılan qurultayın vaxtı maliyə problemi üzündən iyun ayına qədər uzadılıb. Qərar verilib ki,heç bir fövqaladə hadisə bas verməsə iyun ayının ortalarında MMP mütləq qurultayını keçirsin.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51