Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asəf Hacıyev mayın 5-dən Malayziyada səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, səfərin məqsədi Kuala Lumpur şəhərində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının təşkil etdiyi tədbirdə iştirak etməkdir. Səfər mayın 9-da başa çatacaq.