23-24 aprel tarixlərində Türkiyənin İzmir şəhərində Türkiyədə yaşayan Azərbaycan Türklərinin I Qurultayına dəvət olunan MQP başqanı Vüqar Bəyturan qardaş ölkənin ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir sıra şəxslərlə görüşüb. Vüqar Bəyturanın Türk Dünyası İnsan Haqları Dərnəyinin başqanı Abdullah Buksur, Türk Ocaqları Ankara başqanı Türkan Hacaloğlu, Türkiyə Həmkarlar İttifaqı(KAMUSEN) xarici əlaqələr sekretarı Ahmet Demirci, GÜNAZ TV rəhbəri Əhməd Obalı, Azərbaycan Kültür Dərnəyinin başqan yardımçısı və TRT radio müdir yardımçısı İsa Yaşar Tezellə görüşlərində ölkələrarası dostluq və qardaşlıq münasibətləri, Qarabağ, PKK və Güney Azərbaycan sorunları barədə fikir mübadiləsi aparılıb. MQP lideri Ankarada yaşayan Güney Azərbaycan əsilli soydaşlarımızla ilə də görüş keçirib. Görüşlərdə Türkiyədəki Azərbaycan diasporunun liderlərindən olan Zaur Bayramlı da iştirak edib.