?AMEA-nın aqrar bölməsinin yaradılması ilə bağlı təşəbbüslər çox təqdirəlayiq haldır. Çünki bu məsələ Azərbaycanın ərzaq təhlükəsizliyində vacib rol oynayacaq?. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib. E.İbrahimov bildirib ki, hazırda ərzaq təhlükəsizliyi məsələsi dünyanın qarşılaşdığı əsas problemlərdəndir. Onun sözlərinə görə, belə bir şəraitdə Azərbaycanda bu istiqamətdə müvafiq addımların atılması əhəmiyyətlidir. ?Azərbaycanda ərzaq təhlükəsizliyi haqqında dövlət proqramı həyata keçirilməkdədir. AMEA-da aqrar bölmənin yaradılması isə bütövlükdə bu istiqamətdə görülən işlərə ciddi dəstək verəcək. Şübhəsiz ki, bu prosesdə alimlərimiz üzərinə böyük vəzifələr düşəcək?- deyə komitə sədri vurğulayıb.