Klassik Xalq Cəbhəsi Partiyasının üzvü Cavid Mehrəliyev akademik arayış almaq üçün Bakı Dövlət Universitetə daxil olarkən dörd nəfər mühafizəçi tərəfindən saxlanılıb. KXCP mətbuat xidmətidən MİA-ya verilən məlumata gör, C.Mehrəliyev rəisin otağına aparılıb və 30 aprel ADNA terror qurbanlarının anım tədbirinə çağırış vərəqələrinin onun çantasından çıxması böhtanı ilə fiziki zorakılığa məruz qalıb. Xatırladırıq ki, Cavid Mehrəliyev 02 aprel mitinqində iştirak etdiyinə görə BDU-nun tarix fakültəsinin 3-cü kursundan qanunsuz olaraq xaric edilib.