Bu gün iki nəfər AXCP fəalı olan gənc xanımları polis saxlayıb. MİA-nın məlumatına görə, Aysel Saday və Bəyim Həsənli 30 aprelə çağırışla bağlı vərəqə palayarkən polis tərəfindən saxlanılıb. Bu barədə məlumat verən Azad Gənclik Təşkilatının sədri Ülvi Həsənli bildirib ki, hər iki gənci Yasamal Raoyn Polis İdarəsinə aparıblar. Qeyd edək ki, saxlanılan gənclərdən biri Qənimət Zahidin qızıdır.