Vergi borcu olan zirkətin əmlakı siyahıya alındı
25-də Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının məcburi alınması işinin təşkili İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Hövsan yolunda yerləşən "Mühərrikquraşdırma" ATSC-də (VÖEN 9900060531) əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib.
Vergi əməkdaşları tərəfindən "Mühərrikquraşdırma" ATSC-də aparılmış kameral vergi yoxlaması nəticəsində əsas borc 54.926,50 manat, faiz borcu 116.144,40 manat olmaqla ümumi borc məbləğinin 171.093 manat olduğu müəyyən edilib. 29 mart 2011-ci il tarixdə "Mühərrikquraşdırma" ATCS-nin rəhbəri Xanlar Məmmədova vergi borcunun ödənilməsinə dair 171.093 manat məbləğində bildiriş göndərilib.
Vergi Məcəlləsinin əmlakın siyahıya alınması məsələlərini özündə əks etdirən 89-cu maddəsinə əsasən vergi ödəyicisi vergi borclarını müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi 19 aprel 2011-ci il tarixdə "Mühərrikquraşdırma" ATCS-nin əmlakının siyahıya alınması haqqında Qərar çıxarılıb.
Aprelin 25-də vergi orqanları əməkdaşları müəssisədə nağd pul vəsaiti aşkar olunmadığından obyektdəki 43 adda 185.750 manat dəyərində əmlakın siyahıya alınması tədbirlərini həyata keçirib. Belə ki, 8 ədəd müxtəlif markalı avtomobil, 7 ədəd kompyuter dəsti, 7 ədəd kondisioner, 8 ədəd müxtəlif mebel dəsti, 2 ədəd televizor, 11 adda müxtəlif növ dəzgah müvafiq qaydada siyahıya alınıb.
Vergilər Nazirliyi bir daha bütün vergi ödəyicilərini Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş öhdəliklərə vaxtında və tam həcmdə əməl etməyə çağırır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19