AXCP sədri Əli Kərimli 5 saata yaxın çəkən dindirmədən sonra Bakı Şəhər Baş Polis İdarəsindən çıxıb. İdarənin qarşısında onu gözləyən jurnalistlərə qısa açıqlama verən AXCP sədri dindirmənin 2 aprel mitinqi və İctimai Palatanın fəaliyyəti ilə bağlı ilduğunu deyib. Əli Kərimli 2 aprellə bağlı başlanan cinayət işini yenə də əsassız və saxta adlandırıb.