AiP yeni qərargaha köçüb
Azərbaycan İslam Partiyası (AİP) tərəfdarları və üzvlərinin israrlı təkidi ilə partiya bu gündən etibarən yeni qərargahda fəaliyyət göstərməyə başlayacaq. Partiyanın mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, AİP-nın siyasi fəaliyyət göstərdiyi qərəargah 10 yanvar 2010-cu il tarixdə hüquq-mühafizə orqanları tərəfindən heç bir əsaslı səbəb olmadan, qanunsuz olaraq bağlanıb.
Qurumun fəaliyyətinə qoyulan məhdudiyyət üç günlüyə nəzərdə tutulmuşdu, lakin bu məhdudiyyət bu günə qədər davam etdirilir. Yaranmış çətinliyi aradan qaldırmaq üçün AİP rəhbərliyi yeni qərargah icarəyə götürməyə məcbur olub. Məlumatda həmçinin yaxın günlərdə partiyanın növbəti Baş Məclisinin çağırılmasının nəzərdə tutulduğu da vurğulanır. ?Baş Məclisin gündəliyinə ölkədəki ictimai-siyasi vəziyyət, beynəlxalq aləmdə baş verən hadisələr, həmçinin AİP rəhbərliyinin və funksionerlərinin həbsi ilə bağlı qurumun yeni strukturunun möhkəmləndirilməsi, o cümlədən AİP-in kütləvi aksiya keçirməsi barədə məsələlər daxildir?.
Baş Məclisin toplantısının keçiriləcəyi vaxt yaxın günlərdə dəqiqləşdiriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51