Avropa Birliyi cümə günü Brüsseldə Suriyaya qarşı sanksiyaları müzakirə edəcək. Bu barədə Avropa birliyinin rəsmisi Kətrin Eştonun (Catherine Ashton) sözçüsü Maykl Mann (Michael Mann) məlumat verir. O Suriyada nümayişlərin atəşə tutulması, etiraz aksiyalarının amansızcasına dağıdılmasını kəskin ittiham edib. Almaniya Suriyaya qarşı sanksiyaları dəstəkləyəcəyini bildirib. Həmçinin bu gün BMT-nin təhlükəsizlik şurasında Suriyadakı vəziyyətin müzakirəsi gözlənilir.